Hacıqabulun 3 kəndini sel basdı

06.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altında qoyub.

Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью