Hacıyev: “Qol vurduğuma görə sevincliyəm, ancaq…”

11.11.2024

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail”lə heç-heçə edib – 1:1. Tovuz klubunun yeganə qolunu 86-cı dəqiqədə Faiq Hacıyev vurub.

Hacıyev “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Oyuna qələbə üçün çıxmışdıq. “Səbail” matça yaxşı hazırlaşmışdı. Hər iki hissədə komandaların qol şansları oldu. Yekunda bir xal qazandıq. Çempionat uzun marafondur. İnanıram ki, bu bir xalın irəlidə necə vacib olduğunu görəcəyik”.

Cinah oyunçusu qol vurduğu üçün sevincli olduğunu bildirdi. O, eyni zamanda qış fasiləsinə kimi “üçlük”də qalmaq istədiklərini vurğuladı:

“Qol vurduğuma görə sevincliyəm, amma qələbə qazansaydıq, daha yaxşı olardı. Bu oyundan dərs çıxarıb növbəti matçlara hazırlaşacağıq. Dövrəni “üçlük”də bitirdik. Mövqeyi qorumaq çətin olacaq. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, qış fasiləsinə də bu mövqelərdə yollanaq”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu Millinin baş məşqçisi: “Bura elə-belə gəlməmişik”

11 Noyabr 2024, 14:03

Böyük beşlik, Əsas xəbərlər Yamalın durumu ilə bağlı AÇIQLAMA

11 Noyabr 2024, 13:17

Dünya futbolu, Əsas xəbərlər “Fənərbağça”da ciddi itki

11 Noyabr 2024, 12:35

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”də istirahət vaxtı

11 Noyabr 2024, 12:11

Əsas xəbərlər, Premyer liqa “Sabah”ın futbolçusu 200-ə çatdı

11 Noyabr 2024, 11:45

Böyük beşlik, Əsas xəbərlər “Real”ın qapıçısı millinin düşərgəsinə getməyəcək

11 Noyabr 2024, 11:28

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью