futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müdafiəçi Faiq Hacıyev yanvarda “Turan Tovuz”dan ayrıla bilər.
Futbolpress.az-ın məlumatına görə, 27 yaşlı futbolçu oyun praktikasının azlığından narazıdır. Baş məşqçi Kurban Berdıyevin “gözünə girə bilməyən” Hacıyev qışda klubunu dəyişmək niyyətindədir.
Hacıyevə Premyer Liqadan maraq var. “İmişli” və “Araz-Naxçıvan” onun xidmətində maraqlıdır.
Faiq 2021-ci ildən “Turan Tovuz”un formasını geyinir. O, bu mövsüm Misli Premyer Liqasında 3 matça çıxıb.
“Qəbələ”nin yetirməsi olan müdafiəçi bir müddət MOİK-də də top qovub.