Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa edilən sürətli avtomobil yolundan video paylaşıb.
Axar.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün X hesabında paylaşım edib.
"Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə dair görüntülər paylaşmışdım. Bu gün isə dəhlizin tərkib hissəsi olaraq inşa edilən sürətli avtomobil yolunun videosunu təqdim edirəm - bu, regionun gələcəyini formalaşdıran bir layihədir",- paylaşımda qeyd olunub.