Hadisə baş rolda idi... “Esas oğlan” serialı gözləntiləri doğrultmadı

09.02.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Hadisənin də rol aldığı “Esas oğlan” IMDB-də 10 baldan cəmi 2 bal toplayaraq onu ən aşağı reytinqli rəqəmsal platforma seriallarından biri edib.

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, baş rollarda Şükrü Özyıldız və Serhat Teomanın da yer aldığı rəqəmsal platforma serialı “Esas oğlan”da Hadisə yaxın dostu Seda Bakan ilə tamaşaçı qarşısına çıxıb. Lakin 8 bölümlük serial gözləntiləri doğrultmayıb və izləyicilərdən aşağı qiymət alıb. 

Film və serial dünyasını araşdıran IMDB platformasında “Esas oğlan” ən aşağı reytinqli istehsallardan biri olub.

Sayt istifadəçilərindən 10 baldan cəmi 2 xal alan serial, uzun illər sonra yenidən çəkilən “Sihirli annem”dən (1,3 xal) sonra "ikinci ən pis rəqəmsal platforma serialı" olaraq qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью