Hadisə göz yaşlarına boğuldu “Məhv oldum”

15.04.2025

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Hadisə “Esas Oğlan”ın çəkiliş meydançasında tanış olduğu rejissor Şenol Sönməzlə eşq yaşamağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Bir müddət əvvəl Sönməzlə münasibətinə son qoyan 39 yaşlı müğənni xaricdə konsertlərini davam etdirir.

Ötən gün doğulub boya-başa çatdığı Belçikada səhnəyə çıxan Hadisə duyğulu anlar yaşayıb.

Karyerasının ilk illərindən onu heç vaxt tək qoymayan iki pərəstişkarını görən Hadisə göz yaşlarına hakim ola bilməyib.

Hadisə, “Burada mən Hadisə olmadan əvvəl məni həqiqətən izləyən və dəstəkləyən iki nəfər var. Onları görəndə darmadağın oldum. Çox sağ olun. Çünki heç kim deyildim və siz həmişə orada idiniz. Mənə çox toxundunuz” deyib.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью