Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Türkiyəli müğənni Hadisə konsert zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı İstanbulda baş tutan konserti zamanı pərəstişkarları ilə söhbət edib.
Dörd bacı-qardaşdan ibarət ailədə böyüyən Hadisə əvvəllər gələcəkdə çoxuşaqlı ailəsinin olmasını istədiyini deyib. O, illər əvvəl “Neçə övladınızın olmasını istəyirsiniz?” sualına 6 cavabını verdiyini xatırladıb. Toyuqlu pizza
40 yaşlı müğənni hazırda fikrinin dəyişdiyini və bu suala fərqli cavab verdiyini bildirib.
“Əvvəllər 6 deyirdim, indi 1 deyirəm”, – Hadisə qeyd edib.
Müğənninin bu sözləri konsertdə onu dinləyənlər tərəfindən maraqla qarşılanıb. Hadisə qısa söhbətdən sonra çıxışını davam etdirib.