Hadisədən sonra təcili Bakıya qaçıb Bir milyonluq dələduzluq

24.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az Xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiririlən prosesdə hakim qarşısına 1999-cu il təvəllüdlü Malik Guseinov çıxarılıb.

Məsələ burasındadır ki, 2025-ci ildə Aleksandr Belousov adlı şəxs 1.330.000 ABŞ dolları dəyərində kriptonun alınması üçün ona müraciət edib. Bu vaxt Malik əlində olan 600.000 ABŞ dolları dəyərində kriptovalyutanın ona satacağını bildirib. 

İttiham aktına görə, Malik alış-veriş üçün görüşə gedəndə özü ilə 590.000 dollar saxta pul götürüb. Təqsirləndirilən şəxs əskinasların üzərinə onların həqiqi olmasına inandırmaq üçün 10.000 dollar düzüb.

M.Guseinov 1 milyon manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra Rusiyanı tərk edib və Azərbaycana gəlib.

Azərbaycana gəldikdən bir neçə gün sonra isə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ)  əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, ələ keçirdiyi kriptovalyutanın 100 min manatlıq hissəsini Bakıda nağdlaşdırmağı bacarıb. Bu işə görə onun tanışı Mahmud Əsgərli də KMBİ tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi il təqsirli bilinən Malik Guseinov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью