Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli müğənni Hadisə keçmiş hakim Ahmet Çakarı məhkəmədə udub.
“Unikal” xəbər verir ki, Ahmet Çakar 2024-cü ildə "YouTube"da yayımlanan “İbrahim Selim ile bu gece” verlişində qonaq olarkən Hadise haqqında tənqidi fikirlər səsləndirib.
Bunun fonunda müğənni Çakarı məhkəməyə verib. Məhkəmə qərarına əsasən, keçmiş hakim müğənnini tənqid etdiyinə görə 50 000 lirə (1 960 AZN) təzminat ödəyib. Bu məsələlər gündəmdə olarkən Ahmetdən gözlənilməz addım atılıb.
Belə ki, o, sosial şəbəkə hesabından Hadisədən üzr və halallıq istəyib:
"Türkiyənin ən sevilən sənətçilərindən olan Hadise xanıma qarşı işlətdiyim ifadələrdən ötrü məhkəmə tərəfindən haqsız hesab edildm. Bu qərar doğrudur. Bəzən tənqid öz məqsədini aşır. Hadise xanım haqqınızı halal edin. Sizdən və yaxınlarınızdan üzr istəyirəm...”, - deyə o paylaşımında qeyd edib.
Ayxanım Məlikova