Hadisənin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb AZAL

25.12.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar yerli rəsmilərlə hadisə yerində operativ əlaqə təmin edilir. Avtosfer.az xəbər verir ki, bunu AZAL-ın rəsmi nümayəndəsi Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkənin qəza-xilasetmə xidmətləri görülən işlərə operativ şəkildə dəstək göstərir:

“Eyni zamanda, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Azərbaycanın Baş prokurorunun müavini də şəxsən hadisə yerindədir. Bununla yanaşı, Azərbaycandan Aktauya qəza-xilasetmə qrupu da göndərilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью