Hadisənin baş verdiyi yerdən görüntülər VİDEO

21.11.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, faciə onlar dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Dəmir konstruksiyanın yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində cərəyan dörd nəfəri vuraraq öldürüb.

TƏBİB-dən APA-ya bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью