Hadisənin ən sevmədiyi müğənninin kim olduğu ortaya çıxdı

19.12.2024

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

Hadisənin ən sevmədiyi müğənninin kim olduğu ortaya çıxdı

Məşhur müğənni Hadisə son açıqlaması ilə yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qonaq olduğu verilişlərdən birində aparıcının sualına cavab verən Hadisənin ən sevmədiyi müğənni məlum olub.

Aparıcının: "Kaş mənim olardı dediyin mahnı varmı?" sualına müğənni "Var, amma onu oxuyan müğənnini heç sevmədiyim üçün deməyəcəyəm" deyə cavab verib.

Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Nəhayət, bəstəkar və aranjimançı Emrah Karaduman Hadisənin bəyənmədiyi müğənninin Aleyna Tilki olduğunu açıqlayıb. Karaduman bildirib ki, 2016-cı ildə Aleyna Tilki ilə imza atdığı "Cevapsız çınlama" mahnısı ilk olaraq Hadisəyə təklif olunub. Lakin Hadisə əməkdaşlıq etmək istəmədiyi üçün mahnı Aleyna Tilkiyə verilib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью