Hadrutda inşa edilən ilk məsciddən EKSKLÜZİV görüntülər

23.05.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş Hardutda məscidin inşası tamamlanmaq üzrədir.

Yenisabah.az xəbər verir ki, musavat.com-un Hadruta ezam olunmuş əməkdaşı məsciddən eksklüziv kadrlar lentə alıb.

Məscid iki mərtəbəlidir və eyni anda 300-dən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub.

Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi isə qadınlar üçün ayrılıb.

Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью