Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Heated Rivalry” serialının ulduzları Konnor Storri və Hadson Uilliams həm ekran tərəfdaşları, həm yaxın dostlar, həm də ev yoldaşları olublar.
OLAY yazır ki, “The Run-Through with Vogue” podkastında danışan Konnor bildirib ki, hazırda çəkilişlər səbəbindən Hadsonla eyni evdə qalır və bundan çox məmnundur. Konnor əvvəl qaldıqları otelin çox gözəl olduğunu, lakin uzunmüddətli çəkilişlər zamanı ona mətbəx və paltaryuyan maşın lazım olduğunu vurğulayıb.
Aktyor həmçinin Hudsonla münasibətlərindən danışaraq, keçən həftə birlikdə film izləməyə getdiklərini və onunla tez-tez əlaqə saxladığını bildirib.