Hafiz Hacıyev cərimlənib SƏBƏB

26.05.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöl rayonu ərazisində  yüz hektarlarla örüş-otlaq və əkin sahələrini dövlətdən,habelə bələdiyyə qurumlarından  istifadə üçün əldə edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cərimələnib.

Gununsesi.infonun əldə etdiyi məlumata görə, buna səbəb Hafiz Hacıyevin həmin torpaqlar üçün qanunla nəzərdə tutulan icarə pullarını ödəməməsi olub.

Məlum olub kk, Hafiz Hacıyev özünün  fermer təsərrüfatını ayrı-ayrı qohumlarının adına rəsmiləşdirilmiş torpaq sahələrində yaradıb.

Aidiyyatı qurumların Hafiz Hacıyevə şifahi və rəsmi xəbərdarlıqlarına  baxmayaraq, o, dövlətin vəsaitini ödəməkdən yayınıb.

Məlumata görə, Hafiz Hacıyevə tətbiq olunan cərimənin məbləği təxminən 70 min manat civarındadır.

Başqa bir məlumatda Hacıyevin bir neçə il əvvəl dövlətdən  sahibkarlığın inkişafı məqsədiylə  aldığı krediti də mənimsədiyi iddia olunur.

Bu barədə geniş araşdırmanı təqdim edəcəyik.

Elmar Elnuroğlu 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью