Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Milli Məclis Hesablama Palatasının auditoru Hafiz Mahir oğlu İsmayılbəylinin səlahiyyət müddətinin uzadılması barədə qərar qəbul edib.
SİA xəbər verir ki, Hafiz İsmayılbəyli 22 oktyabr 2019-cu ildə parlamentin qərarı ilə Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunub. O, hazırda Palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə rəhbərlik edir.
Qeyd edək ki, Hesablama Palatasının tərkibində hazırda 5 auditor fəaliyyət göstərir.