HAFİZƏNİN İTDİYİ ƏSR!

05.05.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Etibar ƏLİYEV

Rusiya faşizm üzərində qələbəni yenə də təntənəli şəkildə qeyd etməyə hazırlaşır. 

Faşizm üzərində qələbədə, biz də daxil olmaqla, bütün xalqların müstəsna rolu olub. Millətlər “sovet xalqı” adlı amorf anlayışın altında birləşərək sosializm quruculuğu və faşizm üzərində qələbə uğrunda həyatlarını qurban verməkdən çəkinmədilər. İndi Rusiya-Ukrayna müharibəsinin şiddətlə getdiyi bir vaxtda 9 may Qələbə Gününün qeyd olunması daha çox melanxolik təsir bağışlayır. 

85 il bundan öncə faşizmə qarşı döyüşənlərin nəvələri indi bir-birilərinin qanına susayıblar. Milyondan çox itki verilib, insanlar evlərindən didərgin düşüblər, uşaqlar öldürülüb. İkinci Dünya müharibəsində istifadə olunan silahlar təkmilləşdirilib və artıq 5 ildən çoxdur ki, təkmil silahlar vasitəsilə faşizm üzərində qələbə uğrunda çiyin-çiyinə döyüşən iki xalqın qanını axıdır. Özü də sel kimi... 

Məğrur Ukrayna xalqının içindən İkinci Dünya müharibəsində 2021 Sovet İttifaqı qəhrəmanı çıxıb. 15 cəbhənin yarısına Ukrayna mənşəli general və marşallar rəhbərlik ediblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərin 32 nəfəri ukraynalıdır. Ukrayna əsgəri Berlinə hücumda öndə gedib və Reystaqın ilk komendantı Sovet İttifaqı Qəhrəmanı ukraynalı Fedor Zinçenko olub.

Milyonlarla insanın qanı bahasına başa gələn qələbə təhtəlşüurlarda yaşayan qisasçılıq instiktlərinə qurban verildi. Qan yaddaşı, xalqın başına gələn ağır faciələrin, soyqırımların və ağrılı tarixi hadisələrin nəsildən-nəslə ötürülən silinməz hafizəsidir. 

XXI əsr hafizənin itdiyi əsrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью