Haiti mundialla vidalaşdı Qrupdan çıxmaq şansını itirdi

20.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Haiti millisi DÇ-2026-da mübarizəni qrup mərhələsində dayandırıb.

Apasport.az xəbər verir ki, C qrupunda yer alan komanda II turdan sonra növbəti mərhələyə yüksəlmək şansını itirib.

Haiti ilk turda Şotlandiyaya 0:1, ikinci turda isə Braziliyaya 0:3 hesabı ilə uduzub.

Komanda son turda Mərakeşi məğlub etsə belə, maksimum 3 xal toplaya biləcək. Şotlandiya da son görüşdə Braziliyaya uduzacağı təqdirdə 3 xalda qalacaq. Bu halda isə komandalar arasındakı şəxsi görüşün nəticəsi nəzərə alınacaq. İlk turda Haitini 1:0 hesabı ilə məğlub edən Şotlandiya üstün tərəf olduğundan Karib hövzəsi təmsilçisi rəqibini keçə bilməyəcək.

Qeyd edək ki, Haiti qrupdakı son oyununu iyunun 24-də Mərakeşə qarşı keçirəcək.

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Meksika - Cənubi Koreya: MATÇIN ƏN YAXŞI OYUNÇUSU DÇ-26: Meksika Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB DÇ-26: Kanada Qətərə acımadı: 6:0 - YENİLƏNİB DÇ-26: İsveçrədən darmadağın - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью