Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Haitidə cinayətkar dəstələrin hökmranlığı uşaqlara qarşı cinsi zorakılığın dəhşətli dərəcədə – 1 000% artmasına səbəb olub.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında bildirilib.
UNICEF-in nümayəndəsi Ceyms Elder bildirib ki, Karib adası bir neçə ildir amansız bandaların əlində qalıb və onlar əhaliyə qarşı amansız davranırlar.
Təşkilatın məlumatına görə, 2023-cü ildən uşaqlara qarşı cinsi zorakılıq 1 000% artıb, eyni zamanda paytaxt Port-o-Prensin 85 %-i bandaların nəzarətindədir.
Bir milyondan çox uşaq daimi zorakılıq təhlükəsi altında yaşayır.
Elder alış-veriş üçün evdən çıxan və silahlı şəxslər tərəfindən ələ keçirilən 16 yaşlı qızın nümunəsini gətirib.
Onu döyüblər, narkotik maddələrlə zəhərləyiblər və dəfələrlə zorlayıblar.