Icma.az bildirir, Apasport portalına istinadən.
Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Paraqvayla oyundan sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi DÇ-2026 ilə vidalaşdıqları matçdan sonra məyusluğunu gizlətməyib.
“Hazırda söz tapmaq asan deyil. Komandanı bura qədər biz gətirmişdik. İki matçdır hər şeyi sınayırıq. Vururuq, alınmır, yoxlayırıq, alınmır. Şanssızlıqdır. Rəqib ilk zərbəsi ilə qolu vurdu.
Biz gənc komandayıq, qarşıda hələ çox turnirimiz olacaq. Bəlkə də, mənim üçün son Dünya çempionatı idi. Hamımız məyusuq, hamımız məhv olduq... Sınadıq, alınmadı. Bu, hamımız üçün təcrübə oldu”, - deyə Hakan bildirib.
Qeyd edək ki, Türkiyə Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq DÇ-2026-da mübarizəni dayandırıb. Paraqvayın yeganə qolunu Matias Qalarza 64-cü saniyədə vurub.
Kristensen “Barselona”da qalır - Yeni müqavilə Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür” Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim" Ardıcıl ikinci dəfə– Baloqun matçın ən yaxşısı seçildi Fariolidən "Alanyaspor"a jest - İlk şansını verən prezidenti unutmadı