sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının finalında PSJ-yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
O, bununla bağlı "Sky Sport Italia"ya açıqlama verib: "2023-cü ildə finalda "Mançester Siti"yə uduzduq.
Həmin oyundan sonra bəzi şeylər üzərində işləməyə və onları təkmilləşdirməyə vaxtımız oldu.İndi bizim daha çox təcrübəmiz var və hesab edirəm ki, komanda həqiqətən də çox böyüyüb.
Biz bir neçə oyunda, xüsusən Çempionlar Liqasında iki fantastik komanda olan "Barselona" və "Bavariya"nı mübarizədən kənarlaşdıraraq mentalitetimizi göstərdik.
Tək biz oyunçular deyil, burada çalışan hər kəs daha çox şeyə nail olacağımıza ümid edir.
Ölkə çempionatında çempionluğu əldən verdiyimizə görə əzab çəkirik. Lakin belə təcrübə inkişaf etməyimizə kömək edir.
Bu, finalda qalib gəlmək üçün ikinci şansımızdır. PSJ-nin əla komanda olduğunu bilsək də, sona qədər mübarizə aparacağıq.