Hakan Çalhanoğlu İnterin əfsanə futbolçuları siyahısına əlavə ediləcək

07.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlunun adı klubun əfsanəvi futbolçularının yer aldığı siyahıya əlavə ediləcək.

Oxu.Az "Sky Italia" nəşrinə istinadən xəbər verir ki, klub Hakan Çalhanoğlunun əfsanə statusuna malik olduğuna inanır. Bu səbəbdən 30 yaşlı futbolçunu bu siyahıya əlavə edəcəklərini qeyd ediblər.

Hakan 2021-ci ildən "İnter" klubunda çıxış edir. O bu kluba əzəli rəqibi "Milan"dan transfer olunmuşdu.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 qolla yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью