Hakan Çalhanoğlu İtaliyadan ayrılır İnter ona əvəzləyici tapdı

12.06.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya "İnter"i Hakan Çalhanoğlunun klubdan gedişinə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, italiyalı jurnalist Oratsio Akkomando türk futbolçunun Səudiyyə Ərəbistanı klublarından şirnikləndirici təkliflər alıb. 

“İnter” artıq Çalhanoğlunu ideal əvəzləyəcək oyunçu tapıb. Milanlılar “Latsio”dan Nikolo Rovellanı ələ keçirməyə çalışırr. Problem ondadır ki, romalılar yarımmüdafiəçini satmaq fikrində deyillər. Baxmayaraq ki, onun müqaviləsində 50 milyon avroluq alış bəndi var. 

Nikolo Rovella ötən mövsüm "Latsio"nun heyətində 44 oyun keçirib və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" İtaliya millisinin 23 yaşlı üzvünün qiymətini 28 milyon avro dəyərləndirir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью