Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“İnter”in futbolçusu Hakan Çalhanoğlu İtaliya A Seriyasında “Udineze” ilə matçı buraxdıqdan sonra “Roma” ilə qarşılaşmanı da qaçırmaq təhlükəsi ilə üz-üzədir.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, futbolçu çərşənbə axşamı günorta saatlarında əlavə tibbi müayinələrdən keçəcək. Lakin hazırkı vəziyyətə əsasən, onun şənbə günü “Roma”ya qarşı oynaya bilməmək ehtimalı yüksəkdir.
Çalhanoğlu adduktor əzələsindəki yorğunluq səbəbindən “İnter”in “Udineze”ni 5:3 hesabı ilə məğlub etdiyi matçın iştirak ərizəsinə daxil edilməyib.
Şənbə günü Romada keçiriləcək “Roma” – “İnter” qarşılaşması maraqla gözlənilir. Hər iki komanda mövsümdə keçirdiyi oyunlarda 100 faizlik nəticə göstərib.