Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Yuventus” klubu “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 2027-ci ildə müqaviləsinin müddəti başa çatacaq türkiyəli futbolçunun keçid şərtlərini öyrənmək üçün ilk təmaslara başlayıb.
Məlumata görə, təcrübəli yarımmüdafiəçi gələcəyi ilə bağlı ilk növbədə “İnter” rəhbərliyi ilə görüşəcək.
Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmazsa, “Yuventus” variantı Hakan Çalhanoğlu üçün ciddi alternativə çevriləcək.
DOĞRU.AZ