Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Transfer pəncərəsinin son günlərinə yaxınlaşdıqca milli futbolçu Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı İtaliyadan diqqətçəkən xəbər gəlib.
Demokrat.az xəbər verir ki, “İnter” təcrübəli yarımmüdafiəçi ilə yeni müqavilənin uzadılması üçün aparılan danışıqlarda hələ razılığa gələ bilməyib.
İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, tərəflər arasında danışıqlar dalana dirənib. Bu vəziyyət Çalhanoğlunun “İnter”dəki gələcəyi ilə bağlı sualları artırıb.
Milandakı klubda yaranan qeyri-müəyyənlik Türkiyə Super Liqasının iki böyük klubunun diqqətini çəkib. “Qalatasaray” və “Fənərbağça” milli futbolçunun vəziyyətini yaxından izləyir.
İtaliyadan çıxacaq yekun qərardan asılı olaraq, hər iki klubun transfer üçün rəsmi addım ata biləcəyi bildirilir.
“Qalatasaray” heyətini gücləndirmək məqsədilə müxtəlif futbolçularla təmaslarını davam etdirir. “Fənərbağça” isə komandadan ayrılacaq oyunçuların vəziyyətinə uyğun olaraq fürsət transferləri üçün gözləmədədir.
Çalhanoğlunun adı mövsümöncəsi dövrdə hər iki klubla bağlı transfer xəbərlərində tez-tez hallanıb.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, “İnter” təcrübəli yarımmüdafiəçi ilə yeni müqavilənin uzadılması üçün aparılan danışıqlarda hələ razılığa gələ bilməyib.