Hakan çox qorxdu, Kerem isə geriyə addım atmadı

14.08.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Türkiyəli jurnalist Serdar Ali Çelikler maraqlı açıqlama ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, o, Hakan Çalhanoğlu və Kerem Aktürkoğlunun transfer məsələlərindən danışıb.

"Hakan artıq "Fənərbağça"ya transfer oluna bilməz.O, çox qorxdu.Kerem isə bir dəfə də olsun geriyə addım atmadı.Bunun sayəsində əzəli rəqibdə olsa azarkeşlərinin rəğbətini qazandı"

Jurnalistin bu sözləri azarkeşlər arasında böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, Hakan Çalhanoğlunun adı yay transfer pəncərəsində "Fənərbağça" ilə hallansa da futbolçu "İnter"də qalmağa qərar vermişdi.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью