Hakan Fidan: 72 saat ərzində əsirlər dəyişdirilməlidir

10.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə HAMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının detalları barədə danışıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir razılaşmanın mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

Hakan Fidan ilkin mərhələ kimi əsirlərin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyib.

“72 saat ərzində əvvəlcə əsirlər dəyişdirilməli və həbsdə olanlar azad edilməlidir. Xüsusilə İsrail tərəfindən hər hansı bir provokasiyanın olmaması, soyqırımı davam etdirəcək bir vəziyyətin yaranmaması vacibdir”, - Fidan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью