Hakan Fidan Abbas Əraqçi ilə İran ABŞ böhranını müzakirə edib

06.09.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İran-ABŞ böhranı ətrafında mövcud vəziyyət müzakirə olunub.

Tərəflər, həmçinin Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью