Hakan Fidan ABS dövlət katibi ilə danışıb

02.12.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, nazir Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib. 

Fidan bildirib ki, Türkiyə qeyri-sabitliyi artıra biləcək hər hansı hərəkətə qarşıdır və Suriya vətəndaşlarına qarşı terror aktlarına əsla imkan verməyəcək.

Xarici işlər nazirləri telefon danışığı zamanı Suriyadakı son hadisələri müzakirə ediblər. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıra biləcək hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə Türkiyənin Suriyadakı gərginliyin azaldılmasını müdafiə etdiyini vurğulayıb.

O qeyd edib ki, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi proses başa çatdırılmalıdır.

Nazir əlavə edib ki, Livanda daimi atəşkəs üçün İsrail öz öhdəliklərini yerinə yetirməlidir. Onun sözlərinə görə, Qəzzada tezliklə atəşkəs yaradılmalı, bölgəyə humanitar yardımlar çatdırılmalıdır.

Söhbət zamanı Ukrayna və Cənubi Qafqaz məsələləri də müzakirə olunub.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью