Hakan Fidan ABŞ dövlət katibi ilə İranı müzakirə etdi

15.04.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio aprelin 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce xarici KİV-ə bildirib.
Rubio Fidanla İran və onun tərəfdaşlarının regional təhlükəsizlik və sabitliyə yönəlmiş təhdidlərini müzakirə edib.

“Onlar terrorizmlə mübarizə və NATO-nun gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər”, - açıqlamada deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью