Hakan Fidan ABŞ Dövlət Katibi ilə telefonla danışıb

16.10.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan ABŞ Dövlət Katibi Marco Rubio ilə telefon danışığı aparıb.


Sherg.az xəbər verir ki, danışıqlar zamanı Qəzzadakı atəşkəsin davam etdirilməsi və humanitar yardımların bölgəyə fasiləsiz çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.

Bundan əlavə, Misirin Şarm əl-Şeyx şəhərində imzalanmış Niyyət Bəyannaməsinin icrası ilə bağlı məsələlər də qiymətləndirilib.

Danışıqlarda həmçinin Suriyadakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələr və Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişi barədə fikir mübadiləsi edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью