Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı Nələr müzakirə olunub?

05.03.2026

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər bölgədəki son vəziyyəti və dünən Türkiyə hava məkanına İrandan yönəlmiş raketlə bağlı müzakirə ediblər.

Məlumata görə, ABŞ Türkiyəyə dəstəyini vəd edib.

Xatırladaq ki, dünən İrandan atılan raket NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib.

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью