Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdırlar. Vaşinqton Tehranın uranı zənginləşdirməyi tamamilə dayandırması tələbindən imtina edə bilər”.
“Cebheinfo.az”-ın məlumtına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə açıqlamasında belə deyib.
“Müsbət cəhət odur ki, amerikalılar İranda uranın zənginləşdirilməsinə dəqiq şəkildə müəyyən edilmiş çərçivə daxilində icazə verməyə hazır görünürlər.
İranlılar indi amerikalılarla razılığa gəlməli olduqlarını, amerikalılar da iranlıların öz ölçülərinin olduğunu anlayırlar”, - deyə Fidan bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin