Hakan Fidan: Ankara Suriyadakı hadisələrdə iştirak etməyib

16.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən hadisələrdə iştirak etməyib.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Hadath” televiziyasına müsahibəsində deyib.

“Türkiyə bu prosesin bir parçası olmayıb”, - nazir qeyd edib.

Bundan əlavə, Fidan bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə cəhd etməsinə baxmayaraq, Türkiyə tərəfi ilə görüşdən imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью