Hakan Fidan Antalyada NATO nun baş katibi ilə görüşüb

14.05.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyənin xarici işlər naziri NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi Antalyada alyansın baş katibi Mark Rutte ilə görüşüb”, - deyə vurğulanıb.

Qeyd edək ki, mayın 14-15-də Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью