Hakan Fidan Antoni Blinkenlə danışıb

01.12.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriyada baş verən son hadisələr müzakirə olunub.
Hakan Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirib. O bildirib ki, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi proses başa çatdırılmalıdır. O, həmçinin qeyd edib ki, Türkiyə heç vaxt özünə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə icazə verməyəcək.
Bildirilir ki, söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı məsələləri də müzakirə olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью