Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan "Sky News Arabia"ya verdiyi müsahibədə Avropa İttifaqına olduqca maraqlı və diqqətçəkən mesajlarla meydan oxuyub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir müsahibəsində ölkəsinin 50 ldən çoxdur Avropa İttifaqı (Aİ) üzvlüyünə qapı bağlanmasına müdhiş şərh verib.
Nazir Türkiyənin Aİ-yə üzvlük prosesini siyasətdən daha çox etnik kimliklə bağlayıb: "Aİ Türkiyəyə yanaşmasında etnik kimliyə üstünlük verdiyindən belə mənzərə yaranıb. Bu yanaşma davam etdiyi müddətcə də Türkiyənin Aİ üzvlüyü qeyri-mümkün görünür. Bəli, çox açıq demək lazımdır ki, Türkiyənin fərqli bir dinə və sivilizasiyaya mənsub olmasına görə 50 ildən çoxdur bizə əngəl yaradılır. Halbuki, əgər Türkiyə üzv olsaydı, Aİ hazırkı mövcud böhranlarla üzləşməzdi. Açıq deyirəm, brexit baş verməzdi, İngiltərə ayrılmazdı. Yəni, Aİ daha möhkəm bir ittifaq olardı. Baxın, Avropanın gələcəkdə Türkiyəyə daha çox ehtiyacı olacaq. Bəli, Avropanın bizə 'Lütfən, gəlin" deyə yalvaracağı gün gələcək. Görək, həmin gün biz hansı qərarı verəcəyik".
Firudin Səfərli
MİA.AZ