Hakan Fidan Bağdadda rəsmi səfərdədir

26.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İraqın paytaxtı Bağdada rəsmi səfər edib.

Teleqraf.com "TRT Haber"ə istinadən xəbər verir ki, nazir Fidan İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

Fidan və Hüseynin əsas gündəm mövzusu terrorla mübarizə olub.

"Türkiyə-İraq-Suriya olaraq bütün imkanlarımızı birləşdirib həm İŞİD-i, həm də PKK-nı məhv etməliyik. İraqdan son gözləntimiz, qadağan olunmuş təşkilat elan etdiyi PKK-nı da terror təşkilatı kimi tanımasıdır"- Fidan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью