Hakan Fidan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək

06.03.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Bildirilib ki, Fidan Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak edəcək.

Qeyd olunub ki, toplantıda İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzü və onların öz torpaqlarından qovulması çağırışları müzakirə olunacaq. 

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью