Hakan Fidan bu məsələdə NATO nu günahlandırdı

20.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaratdığı təhlükəsizlik arxitekturası Türkiyəni Yaxın Şərqdən gələn təhdidlərdən qoruya bilmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 

Fidanın sözlərinə görə, Ankara illərdir İraq və Suriyadan gələn təhdidlərlə üzləşir.

Nazir vurğulayıb ki, Avropa təhlükəsizlik arxitekturası uzun müddətdir ki, NATO-nun mövcudluğuna əsaslanır, lakin Ankaranın mövqeyi Avropadan kənardakı vəziyyəti nəzərə almağı tələb edir.

"Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etməyib, çünki maraqlarımız digər strateji bölgələrə də şamil olunur", - deyə Fidan parlamentin büdcə komitəsindəki müzakirələr zamanı bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью