Hakan Fidan da həmin toplantıda iştirak edəcək

08.05.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Varşavada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

"Cebheinfo.az" “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri gündəmdə olacaq.

Bildirilir ki, Varşavada keçiriləcək görüş Türkiyə ilə Avropa İttifaqı arasında dialoq kanallarının gücləndirilməsi və Türkiyənin Aİ-yə üzvlük prosesi daxil olmaqla ikitərəfli əlaqələrdə konkret addımların atılması baxımından əhəmiyyətlidir.

İclasda Avropanın xarici və təhlükəsizlik siyasətində mövcud problemlərin, xüsusilə də hibrid təhdidlərə qarşı dayanıqlığın artırılmasının müzakirə ediləcəyi gözlənilir.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью