Hakan Fidan Dəməşqə səfər edə biləcəyini açıqlayıb

21.12.2024

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın yeni hökumətiylə görüşməyi planlaşdırdığını açıqlayıb.
Yeniavaz.com 
xəbər verir ki, Türkiyənin XİN başçısı bu barədə “France 24” telekanalına açıqlamasında deyib.
ABŞ-ın yüksək rütbəli nümayəndə heyətinin Dəməşqdə yeni administrasiya ilə görüşünü şərh edən Fidan bunu çox vacib hesab etdiyini bildirib: “Amerika rəsmilərinin səfərindən əvvəl bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri Dəməşqə səfər ediblər. Dəməşqdə yeni administrasiya ilə əlaqələrin qurulmasını görürük. Bu, mühüm hadisədir”.
“Heyet Təhrir əş-Şam”ın (HTŞ) niyə Türkiyənin terror təşkilatları siyahısından çıxarılmaması ilə bağlı suala Fidan onun daxil edilməsinin BMT-nin siyahısı ilə bağlı olduğunu deyib: “Əlbəttə, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edirik, lakin indi vəziyyət fərqlidir, burada hüquqi və praktiki aspektlər bir-birinə ziddir”.
Fidanın sözlərinə görə, son 10 ildə Türkiyə HTŞ-nin terror fəaliyyəti ilə məşğul olduğunu görməyib.
“Bu, təkcə bizim tərəfimizdən deyil, həm də Qərbin kəşfiyyat xidmətləri tərəfindən aşkara çıxarılıb”, – Türkiyə XİN rəhbəri deyir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью