Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada post-Putin, Türkiyədə isə post-Ərdoğan dönəminə hazırlıq gedir.
Həm yerli, həm də beynəlxalq mediada xələflər haqqında müxtəlif məlumatlar yayır.
Bu yazıda post-Ərdoğan dövründə Türkiyəni yönəldəcəyi ehtimal olunan birisində söhbət açacağıq.
Türkiyənin “duvarenglish.com” saytı hələ 2023-cü ilin sentyabrında bu məsələyə toxunmuşdu.
Nuray Babacan o vaxt belə yazmışdı: “Partiya daxilində prezident Ərdoğandan sonra növbəti AKP lideri kimi əsasən üç nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni və Baykarın ortağı Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və millət vəkili, keçmiş daxili işlər naziri Süleyman Soylu”.
Yazar onlardan yalnız Süleyman Soylunun xalq arasında populyar olduğunu vurğulayır.
Ancaq bu da faktdır ki, Qərb və Rusiya mediasında Ərdoğanı əvəz edəcək şəxs kimi Hakan Fidanın adı sıx-sıx çəkilir.