Hakan Fidan gündəmi dəyərləndirib

17.02.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Həm Suriya və Türkiyənin həm də İraq və kürdlərin maraqları üçün (bölücü terror təşkilatı) PKK-dan qurtulmalıyıq".
SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində deyib.

Avropalıların Ukrayna, Yaxın Şərq və ABŞ-ın isə Avropadan çəkilmə ehtimalı kimi mövzulara nəzər saldıqlarını ifadə edən Hakan Fidan Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində “etibarlı və güclü tərəfdaş” olduğunu gördüklərini bildirib.

Fidan bildirib ki, Ankara Suriya, İraq və başqa yerlərdə terror və qeyri-sabitlik kimi məsələlərə qarşı yaxşı liderlik nümayiş etdirib və təkcə onlara qarşı mübarizə aparmayıb, həm də “etibarlı müttəfiq və tərəfdaş olduğunu dəfələrlə sübut edib”.

Çox çətin problemlər üzərində işləyərkən Suriyada bölücü terror təşkilatı PKK/YPG işğalını dayandırmağın da yeni rəhbərliyin prioritetləri arasında olduğunu bildirən Fidan "Həm Suriyanın, həm Türkiyənin, həm də İraqın və kürdlərin maraqları üçün PKK-dan qurtulmalıyıq" deyib.

Bölücü terror təşkilatı PKK-nın "çoxməqsədli terror təşkilatı" olduğunu vurğulayan Fidan "Onlar təkcə Türkiyəni deyil, İranı da, İraqı da, Suriyanı da hədəf alırlar. Ona görə də düşünürəm ki, bu virusdan birlikdə qurtulmağın vaxtı çatıb" ifadəsindən istifadə edib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Rusiya Suriyadakı hərbi bazalarında mövcudluğunu qismən saxlayacaq

Dünya

Konqo Demokratik Respublikası ölkə vətəndaşlarına xəbərdarlıq etdi

Dünya

Moskva və Vaşinqton iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Dünya

Xəzər Boru Kəməri Konsorsiumunun stansiyası PUA hücumuna məruz qalıb

Dünya

Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarında vasitəçi kimi çıxış edəcək

Dünya

Almaniyada federal seçkilərdə Kansler vəzifəsinə namizədlər teledebatda iştirak ediblər

Dünya

Zelenski müharibə zamanı həlak olan və yaralanan hərbçilərin sayını açıqlayıb

Dünya

Avropa Ukraynanın demilitarizasiyası ilə bağlı razılaşmaya icazə verməyəcək - Şolts

Dünya

Pezeşkianın müavini erməni səfirlə bunları müzakirə etdi

Dünya

İtaliyada zəlzələ olub

Dünya

ABŞ-də təbii fəlakət olub - 9 nəfər öldü

Dünya

Qazaxıstanda ticarət mərkəzində tavan çökdü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью