Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Heyyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Görüşdə Qəzza sülh planının ikinci mərhələsi, anklavda humanitar vəziyyət və digər regional məsələlərlə bağlı müzakirə aparılıb.
Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verib.
Nazir Türkiyənin Qəzzaya lazımi humanitar yardımın çatdırılması üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib.