Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24.10.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda səkkiz ölkənin xarici işlər naziri ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın iştirak etdiyi görüşdə regional məsələlər müzakirə olunub.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Hakan Fidan Hörmüz boğazının mümkün qədər tez açılmasının vacibliyini vurğulayıb.

“Əlbəttə ki, Hörmüz boğazı mümkün qədər tez açılmalıdır. Onun bazarlara mənfi təsiri aradan qaldırılmalıdır. Amma dediyim kimi, İrana hərbi müdaxilə heç bir halda həll yolu deyil. Hazırda heç kim bunu təsdiqləmir”, – deyə, nazir bildirib.

İstanbulda keçirilən görüş Türkiyənin ev sahibliyi ilə R4 formatına (Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı) Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın da qoşulması ilə baş tutub.

Aytən Yaşar/Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью