Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə Fidan İstanbuldakı bir oteldə Türkiyədə yerləşən milli və beynəlxalq media təşkilatlarının nümayəndələri ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, İranın hazırda üzləşdiyi çətinliklər yalnız daxili deyil, həm də beynəlxalq ölçüyə malikdir. Fidan qeyd edib ki, İran apardığı bəzi siyasətlər səbəbindən sanksiyalar altındadır və bu vəziyyət iqtisadi problemləri daha da dərinləşdirir.
Hakan Fidan İranın region ölkələri ilə münasibətlərini normallaşdırmasının vacibliyini vurğulayıb. O, nüvə proqramı ilə bağlı məsələlərin də diplomatik yollarla həll edilməsinin vacib olduğunu deyərək, bunun iqtisadi çətinliklərin aradan qaldırılmasına kömək edəcəyini bildirib.
Nazir beynəlxalq təcridin iqtisadi xidmətlərə çıxışı məhdudlaşdırdığını qeyd edib və İran cəmiyyətinin potensialına diqqət çəkib. Onun sözlərinə görə, İran xalqı dinamik və fəaldır, lakin mövcud iqtisadi çətinliklər narazılıqlara səbəb olur.
Fidan həmçinin vurğulayıb ki, bu problemlər bəzən yanlış şəkildə rejimə qarşı ideoloji üsyan kimi təqdim olunur. Türkiyənin mövqeyi isə aydındır: hərbi müdaxilə istənilmir və problemlərin həlli diplomatiya yolu ilə aparılmalıdır.
Qadir, Bizimyol.info