Hakan Fidan iranlı həmkarı ilə danışdı

13.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, danışıq zamanı regionda baş verən aktual məsələlər müzakirə olunub.

Tərəflər Hörmüz boğazı ilə bağlı təmasları, eləcə də regionda davam edən qarşıdurmaların dayandırılmasına yönəlmiş danışıqların gedişini nəzərdən keçiriblər.

Nazirlər həmçinin, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumları müzakirə edərək, bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью