Hakan Fidan İshaq Darla danışdı

14.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və ABŞ ilə İran arasında bu gün imzalanması gözlənilən memorandum barədə fikir mübadiləsi aparıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında yayılıb.

"Regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb və Birləşmiş Ştatlar ilə İran arasında anlaşmaya doğru ümidverici irəliləyiş alqışlanıb", - məlumatda bildirilib.

XİN başçıları bu müsbət irəliləyişlərin regionda davamlı sülh və sabitliyə zəmin yaradacağına ümid etdiklərini bildiriblər.

Hər iki tərəf gələcək proseslərlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью